Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suares "Yuventus"la razılığa gəldi

Suares

Tarix: 1 Sentyabr 2020 18:04

"Barselona"nın futbolçusu Luis Suares karyerasını "Yuventus"da davam etdirməyə yaxındır.

Qol.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, ötən həftə Turin klubunun vitse-prezidenti Pavel Nedved 33 yaşlı oyunçunun agenti ilə görüşüb. Bundan sonra tərəflər maliyyə məsələlərini danışıblar. İkinci görüşdə uruqvaylı hücumçuya illik 10 milyon avro maaş ödənməsi şərti ilə razılıq əldə olunub. Suares "Barselona"da bu maaşı alır.

Qeyd edək ki, Suares ötən mövsüm 36 matçda 21 qol vurub, 12 qolun ötürməsini verib

 


Etiketlər:  Suares Yuventusla razılığa gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ