Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 21:04
Bakı. Trend:
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 298,4 min ton olub.
Trend-in məlumatına görə, süd istehsalı 1,9 faiz artaraq 1242,0 min ton, yumurta istehsalı 7 faiz artaraq 1169,6 milyon ədəd və yun istehsalı 0,5 faiz artaraq 15 min ton olub. Bundan başqa, ölkədə 446,6 ton barama istehsal olunub.
Ümumilikdə 2020-ci ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4919,6 milyon manat olub ki, onun da 2450,9 milyon manatı heyvandarlıq, 2468,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.