Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 154 nəfərdə koronavirus aşkarlanıb, 139 nəfər sağalıb, 2 nəfər ölüb

Azərbaycanda 154 nəfərdə koronavirus aşkarlanıb, 139 nəfər sağalıb, 2 nəfər ölüb

Tarix: 2 Sentyabr 2020 17:21

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 116 nəfər müalicə olunaraq sağalıb, 538 nəfər vəfat edib, aktiv xəstə sayı 2 078 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 730, ötən müddət ərzində isə ümumilikdə 935 396 test aparılıb.


Etiketlər:  Azərbaycanda nəfərdə koronavirus aşkarlanıb nəfər sağalıb nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ