Tarix: 4 Sentyabr 2020 10:10
Millətlər Liqasının ilk turunda Almaniya ilə heç-heçə (1:1) edən İspaniya yığması rekorda imza atıb.
Qol.az “Opta Sports”a istinadən xəbər verir ki, matçın 90+5-ci dəqiqəsində Xose Qayanın qolu ilə məğlubiyyətdən qaçan ispanlar ardıcıl 41 oyundur ki, meydanı qolsuz tərk etmirlər. Bu, milli komandalar arasında rekord göstəricidir.
İspaniya millisi sonuncu dəfə Avro-2016-nın 1/8 finalında İtaliya ilə oyunda (0:2) qol vura bilməyib.