Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“AzerGold” QSC-də qanvermə aksiyası keçirilib

“AzerGold” QSC-də qanvermə aksiyası keçirilib

Tarix: 4 Sentyabr 2020 17:12

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) könüllü qanvermə aksiyası təşkil edilib. Cəmiyyətin əməkdaşları irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə könüllü olaraq qan veriblər.

ASC-dən Trend-ə bildirilib ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən olunub və hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürülüb. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Qeyd edək ki, qan çatışmazlığı həyatları qandan asılı olan irsi qan xəstələri və təcili əməliyyata ehtiyacı olanların həyatda qalmaları üçün risk yaratdığını nəzərə alaraq “AzerGold” QSC insanların həyatlarını xilas etmə yönündə bu nəcib təşəbbüsə növbəti dəfə qoşulmuşdur. Xatırladaq ki, cari ilin aprel ayında da Cəmiyyətin əməkdaşları tərəfindən könüllü qanvermə aksiyası təşkil edilmişdir.


Etiketlər:  AzerGold qanvermə aksiyası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ