Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 18:39
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala" və "Astraxan" kiçik artilleriya gəmiləri, "SB-738" xilasedici yedək gəmisi sentyabrın 4-də Bakı limanını tərk edib.
Bu barədə Sonxeber.net-a Müdafiə Nazirliyindən məlumat verilib.