Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 06:20
Bakı. Trend:
ABŞ-ın yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini son kliniki sınaqlardan keçə və oktyabr ayında hazır ola bilər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evdə mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp deyib.
D.Tramp bildirib: "Bu ilin sonuna, bəlkə də noyabrın 1-dək vaksinin hazırlanması üzrə plana uyğun hərəkət edirik. Düşünürük ki, biz vaksini hətta oktyabr ayında da əldə edə bilərik".
ABŞ prezidenti koronavirusa qarşı vaksin hazırlayan əsasə şirkətlər arasında "Pfizer", "Johnson & Johnson" və "Moderna" şirkətlərini qeyd edib.