Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Millətlər Liqasına məğlubiyyətlə başladı - Yenilənib

Millimiz Millətlər Liqasına məğlubiyyətlə başladı  - Yenilənib

Tarix: 5 Sentyabr 2020 21:56

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə ilk oyununa çıxıb.

Qol.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edib və 1:2 hesabı ilə uduzub.

Beləliklə, 64 yaşlı italiyalı mütəxəssis millimizdə ilk sınağına məğlubiyyətlə başlayıb.

Komandanın iki üzvü - Dmitri Nazarov və Eddi İsrafilov müvafiq olaraq Almaniya və İspaniyadakı koronavirusla bağlı vəziyyətə görə toplanışa qoşula bilməyib. Yunanıstanın "Atromitos" klubundan yığmaya dəvət alan Əmir Ağayevin durumu ilə bağlı isə FIFA hələ yekun qərarını açıqlamayıb.

Bu qrupun digər oyununda Kipr seçməsi evdə Monteneqroya 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan yığması 3 gün sonra Millətlər Liqasında Kiprin qonağı olacaq.


UEFA Millətlər Liqası

C Liqası, I qrup

5 sentyabr

20:00. Azərbaycan - Lüksemburq - 1:2
Qollar:
Ramil Şeydayev, 43 (1:0), Anton Krivotsyuk, 48-avtoqol (1:1),Gerson Rodriges, 72-pen(1:2)
Qırmızı vərəqə: Mahir Emreli, 26 - birbaşa qırmızı vərəqə (Azərbaycan)
Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni
Bakı Olimpiya Stadionu

Kipr - Monteneqro - 0:2
Qollar
: Yivetiç, 60, 73

 

 


Etiketlər:  Millimiz Millətlər Liqasına məğlubiyyətlə başladı Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ