Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 15:30
Azərbaycanın işğal altında olan ərazilərində indiyədək yeni növ koronavirusa yoluxanların ümumi sayı 304 nəfərə çatıb.
Sonxeber.net APA-ya istinadən verdiyi xəbərə görə, son sutkada Dağlıq Qarabağda 2 yeni yoluxma faktı qeydə alınıb.
İndiyə qədər 270 nəfər xəstəlikdən sağalıb, 32 nəfərin müalicəsi davam edir. Onlardan 2 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti isə orta ağırdır.
Hazırda 55 nəfər karantindədir.