Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 12:16
"Bu klub son 10 ildə çox böyüyüb. Artıq "Old Trafford" deyə bir qorxumuz yoxdur. Əvvəllər bəlkə də orada oynamaq çətin idi. Ancaq "Mançester Siti"nin oyunçuları və məşqçiləri son 10 ildə şərtləri bərabərləşdirdi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 36-cı turunda "Mançester Yunayted"lə oyun öncəsi deyib.
O, çempionluq yolunda bu matçın vacib olduğunu vurğulayıb: "Bizim üçün Premyer Liqanın kubokunu qazanmaq çox vacibdir. Mən üç mövsümdür buradayam. İldən-ilə daha da güclü komanda olmuşuq. Əsas məsələ çempion olmaqdır, "Mançester Yunayted"i məğlub etmək deyil".
Qvardiola daha sonra bildirib: "Mançester Yunayted"in ən yaxşı oyununu nümayiş etdirəcəyini gözləyirəm. Onlar əllərindən gələni etməyə çalışacaqlar. Biz də bu görüşə ciddi hazırlaşırıq".
Qeyd edək ki, "Old Trafford" stadionunda keçiriləcək "Mançester Yunayted" - "Mançester Siti" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.