Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA “Qarabağ”ın oyunu ilə bağlı Norveç hökumətinə müraciət etdi

UEFA “Qarabağ”ın oyunu ilə bağlı Norveç hökumətinə müraciət etdi

Tarix: 7 Sentyabr 2020 11:46

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Mölde” ilə əlaqədar Norveç hökumətinə müraciət edib.

Bu haqda Qol.az-a Ağdam klubunun direktoru baş meneceri Asif Əshərov məlumat verib.  O qeyd edib ki, qitənin ali futbol qurumu ilə davamlı yazışmarından  və “Qarabağ”ın təzyiqlərindən sonra UEFA bu addımı atıb.

Qeyd edək ki, “Mölde” Bakıda keçirilməli olan “Qarabağ”la matçın neytral meydana salınmasını istəyirdi. Buna səbəb kimi, komandanın Bakıdan Norveçə qayıtdıqdan sonra 10-14 gün karantində qalacağı göstərilirdi. “Qarabağ” hesab edir ki, “Mölde”nin bu addımı doöru deyil və püşkdə nəzərdə tutulduğu kimi , oyun Bakıda olmalıdır.

“UEFA bir neçə gün əvvəl Norveç hökumətinə müraciət ünvanlayaraq, Bakıdan qayıtdıqdan sonra “Mölde”nin koronavirus pandemiyasına görə karantində saxlanılmaması üçün xüsusi icazə istəyib. Buna diplomatik dildə nota da deyilir. Hazırda Norveç dövlətindən UEFA-ya cavab gözlənilir. Bizcə, Norveç tərəfi UEFA-ya “yox” deməməlidir. Hər halda, biz “Mölde”yə xüsusi icazə verilməsini gözləyirik” – deyə A.Əsgərov bildirib.

Məsələ ilə bağlı bu gün Norveç hökumətinin mövqeyinin bilinəcəyi bildirilir.

Xatırladaq ki, “Qarabağ” – “Mölde” görüşü sentyabrın 16-da keçirilməlidir.

 


Etiketlər:  UEFA Qarabağın oyunu ilə bağlı Norveç hökumətinə müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ