Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qeydiyyat başa çatır

Qeydiyyat başa çatır

Tarix: 7 Sentyabr 2020 12:08

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) "məqbul" almış (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 7 sentyabr saat 23:59-dək tələb olunan məbləği "Şəxsi kabinet"lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının sentyabrın 18-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, pandemiya şəraiti və ölkədə olan sanitar-epidemioloji vəziyyətdən asılı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri əsasında imtahanın keçirilmə tarixində dəyişiklik edilə bilər.

Milli.Az


Etiketlər:  Qeydiyyat başa çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ