Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çexiya millisinin koronavirusa yoluxan heyəti dəyişdirildi

Çexiya millisinin koronavirusa yoluxan heyəti dəyişdirildi

Tarix: 7 Sentyabr 2020 16:32

Bir neçə futbolçusu koronavirusa yoluxan Çexiya yığmasının UEFA Millətlər Liqasında Şotlandiya ilə matçı təxirə salınmayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, virusa yoluxan oyunçular gənc futbolçularla əvəzlənib.

Yığmada əvəzetmələrlə əlaqədar şotlanlarla matç zamanı futbolçulara David Qoloubek rəhbərlik etməli olacaq. O, yığmanın 18 yaşa qədər oyunçularına məşq keçir.

Qeyd edək ki, bir neçə gün öncə Çexiya Futbol Federasiyası milli üzvlərindən bir neçəsində koronavirus aşkarlandığı üçün Şotlaniya ilə matçı keçirə bilməyəcəklərini açıqlamışdı.

Bu gün keçiriləcək Çexiya - Şotlandiya matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az


Etiketlər:  Çexiya millisinin koronavirusa yoluxan heyəti dəyişdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ