Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

OnePlus 8T-nin texniki özəllikləri sızdırılıb

OnePlus 8T-nin texniki özəllikləri sızdırılıb

Tarix: 8 Sentyabr 2020 08:52

Büdcəli OnePlus Nord smartfonundan sonra OnePlus 8T flaqman modelinin təqdimatı gözlənilir. Şirkət OnePlus 8T-nin rəsmi təqdimat tarixi barəsində hələki heç bir məlumat verməsə də insayderlərin sözlərinə əsasən smartfonun təqdimatını çox gözləməyə ehtiyac qalmayacaq. İndi isə internetdə smartfonun güman olunan təqdimat tarixi ilə yanaşı texniki göstəriciləri də ortaya çıxıb. Bu barədə Phonearena saytı xəbər verib. Beləliklə ortaya çıxmış məlumata əsasən OnePlus 8T smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.55 düym AMOLED ekrana sahib olacaq.

Bununla yanaşı smartfon Snapdragon 865 Plus prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi və 48 MP + 16 MP (ultragenişbucaqlı sensor) + 5 MP (makroobyektiv) + 2 MP (ToF sensor) dördlü arxa kamera ilə təchiz olunacaq. İnsayderlər bildiriblər ki, OnePlus 8T modeli OxygenOS 11 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun ya sentyabr ayının sonunda ya da gələn ayın əvvəlində təqdim olunacağı gözlənilir.

Redmi 10X smartfon modelinin dizaynı və bəzi texniki özəllikləri ortaya çıxdı    
Bənzər xəbər

Milli.Az


Etiketlər:  OnePlus 8T nin texniki özəllikləri sızdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ