Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 13:18
Əlcəzairin Azərbaycandakı səfiri Səlimə Abdelhaq Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.
Səfirlikdən Sonxeber.net-a verilən məlumata görə, ilk öncə B.Əsgərov Əlcəzair səfirinə Naxçıvan Muxtar Respublikasının Ali məclisinin sədri Vasif Talıbovun salamlarını çatdırıb və S.Abdelhaqın Azərbaycana səfir təyin edildikdən sonra Əlcəzair səfirliyinə ilk təbrik teleqramını göndərdiyini qeyd edib.
Daha sonra B.Əsgərov Naxçıvanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və turizm potensialı haqqında geniş məlumatlar verib. Bununla yanaşı B.Əsgərov Qarabağ məsələsinə toxunub və ermənilərin tarixi Azərbaycan torpaqlarının işğal etməsi məsələsini vurğulayıb. Əlcəzairin Azərbaycandakı səfiri S.Abdelhaq Naxçıvan Muxtar Respublikası haqqında məlumatlı olduğunu qeyd edib, həmçinin gələcəkdə əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulmasından söhbət açıb.