Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord qeydə alınıb

Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord qeydə alınıb

Tarix: 10 Sentyabr 2020 10:44

Bakı. Trend:

Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord qeydə alınıb.

Trend-in məlumatına görə, son sutka ərzində ölkə ərazisində 57 nəfər virusa yoluxub.

Bu günədək Gürcüstanda yoluxanların sayı 1 830 nəfərə çatıb. Onlardan 19 nəfəri həyatını itirib. 390 nəfərin müalicəsi davam edir, 5 882 nəfər isə karantin rejimində saxlanılır.

Bundan başqa, digər ölkələrdə 41 Gürcüstan vətəndaşı müalicə üçün gətirilib.

Xatırladaq ki, Gürcüstanda son günlər yoluxma hallarının artması ilə əlaqədar karantin tədbirləri gücləndirilib. Qapalı məkanda tədbirlərin keçirilməsinə nəzarət artırılıb, qayda pozuntusuna görə 650 dollar cərimə təyin edilib.


Etiketlər:  Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ