Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ailton ''Ştutqart''a lazım deyil

Ailton ''Ştutqart''a lazım deyil

Tarix: 10 Sentyabr 2020 14:40

Ötən mövsüm "Qarabağ"da icarə əsasında çıxış edən Ailton Silva "Ştutqart"ın əsas komandası ilə məşqdən kənarlaşdırılıb.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin prezidenti Pelleqrino Matarazzi məlumat verib. 43 yaşlı mütəxəssis hazırda çoxlu sayda cinah oyunçusuna sahib olduqlarını və  Ailton Silva üçün yer qalmadığını söyləyib.

Qeyd edək ki, "Ştutqart"ın 25 yaşlı oyunçu ilə yolları ayıracağı gözlənilir.

 


Etiketlər:  Ailton Ştutqarta lazım deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ