Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 15:00
Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 323 nəfər çatıb.
Sonxeber.net APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutka ərzində infeksiyaya 6 yeni yoluxma qeydə alınıb.
İndiyə qədər 283 nəfər xəstəlikdən sağalıb, hazırda 38 nəfərin müalicəsi davam edir, onlardan 7 nəfərin vəziyyət ağır, 5 nəfərin vəziyyəti isə orta ağırdır.
Hazırda 55 nəfər karantindədir.