Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qrizmann "Barselona"dan ayrılır? - Açıqlama

Qrizmann

Tarix: 10 Sentyabr 2020 18:50

"Barselona"nın futbolçusu Antuan Qrizmann komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu  Kataloniya klubundan getməyəcəyini və komandada xoşbəxt olduğunu deyib:

"Gələcəyim "Barselona"dadırmı? Bəli. Mənim barəmdə həqiqətə uyğun olmayan xəbərlər yayırlar. Bunu anlamıram. "Barselona"da çox xoşbəxtəm. Klubun və baş məşqçinin mənə güvəndiyini bilirəm. Hamımız üçün çox qarışıq bir mövsüm keçdi. Amma yeni mövsüm başlayır".

Qeyd edək ki, fransalı oyunçu La Liqa təmsilçisinə ötən il "Atletiko"dan keçib. Onunla "Çelsi" və "Nyukasl" yaxından maraqlanırdı.

Milli.Az


Etiketlər:  Qrizmann Barselonadan ayrılır Açıqlama


RƏYLƏR