Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 22:48
Xiaomi-nin Realme 7i modelinin dizayn və funksiyaları bəlli olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, model dizayn baxımından Realme 7 ilə çox oxşardır. Əsas fərq isə cihazın prosessorundadır.
Realme 7i modelində Snapdragon 662 prosessoru yer alıb. Bu, 2.0 Ghz sürətində dördnüvəli Cortex A73 və 1.18 GHz sürətində dörtnüvəli A53-dən güc alır.
Smartfonun RAM-ı 8GB, əsas yaddaş sahəsi isə 128GB-dır.
64 meqapiksel ana kameraya sahib modelin ön çəkim keyfiyyəti 16 meqapikseldir.
6,5 düym böyüklüyündə ekran 90 Hz yenilənmə sürətinə sahibdir.
Qeyd edək ki, Realme 7i-nin rəsmi olaraq sentyabrın 17-i təqdim olunacağı gözlənilir.