Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya iqtisadiyyatına güclü təhlükə: Yeni virus yayıldı

Almaniya iqtisadiyyatına güclü təhlükə: Yeni virus yayıldı

Tarix: 12 Sentyabr 2020 08:40

Avropanın ən böyük donuz ixracatçısı olan Almaniyada ilk dəfə Afrika donuzu vəbası qeydə alınıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Çinin ən böyük ət tədarükçüsü olan Almaniya heyvanlar arasında yayılmış epidemiyanın qarşısını almaq üçün hərəkətə keçib.

Ölü qabanları tapmaq üçün öyrədilmiş itlərdən istifadə edilir, şərq sərhədi boyunca elektrik çəpərləri quraşdırılıb, sürücülər yola sendviç qalıqlarını atmamağa çağırılıb.

Buna baxmayaraq, Brandenburq federal əyalətində virusa yoluxmuş qaban tapılıb.

Afrika donuzu vəbası xəstəliyi vəhşi heyvanlarda da təsdiqlənərsə, donuz əti ixracı dərhal dayandırılacaq.

Karantinin Almaniyanı II Dünya Müharibəsindən bəri ən pis formada tənəzzülə uğratdığını nəzərə alsaq, yeni infeksiyanın Avropada bu növ ət istehsalçısına əlavə zərər verəcəyini hesablamaq mümkündür.

Afrika donuzu vəbası insanlar üçün heç bir təhlükə yaratmayan, lakin donuzlarda müalicəsi olmayan ölümcül yoluxucu xəstəlikdir.


Etiketlər:  Almaniya iqtisadiyyatına güclü təhlükə Yeni virus yayıldı


RƏYLƏR