Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində vebinarlar yekunlaşıb

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində vebinarlar yekunlaşıb

Tarix: 12 Sentyabr 2020 13:24

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində şagird və müəllimlər üçün "Virtual məktəb"də təşkil olunan vebinarlar başa çatıb.

Təhsil Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, ümumilikdə iyul-sentyabr aylarında rəqəmsal bacarıqların inkişafı üzrə gündəmdə olan mövzulara dair 7451 müəllim və şagirdin iştirakı ilə 10 vebinar keçirilib.

Təhsil Nazirliyi və beynəlxalq "Alqoritmika" şirkəti ilə birgə "Virtual məktəb"də təşkil olunan vebinarların məqsədi iştirakçıların İT bacarıqlarını inkişaf etdirmək, interaktiv dərslərin təşkili üçün alətləri nümayiş etdirmək, eyni zamanda, şagirdlərin asudə vaxtlarını səmərəli şəkildə keçirmələrinə nail olmaqdır.

Bununla yanaşı, sentyabr ayından etibarən layihənin rəsmi sosial şəbəkələrində şagirdlər arasında məntiqi düşüncəni inkişaf etdirmək, İT sahəsində yenilikləri ictimaiyyətə çatdırmaq, həmçinin faydalı məlumatları bölüşmək məqsədilə layihə çərçivəsində yeni interaktiv rubrikalara start verilib.

Layihəyə dair məlumatlarla sosial şəbəkələrdəki rəsmi səhifələrdən tanış olmaq mümkündür.


Etiketlər:  Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində vebinarlar yekunlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ