Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rəhbərlik klubumuzun mənfəətlərini nəzərə alaraq, bu təklifi dəyərləndirir''

''Rəhbərlik klubumuzun mənfəətlərini nəzərə alaraq, bu təklifi dəyərləndirir''

Tarix: 13 Sentyabr 2020 13:28

"Leipzig" "Trabzonspor"un hücumçusu Aleksandr Sörlotu transfer etməyə yaxındır.

Sonxeber.net sportinfo.a-a istinadən xəbər verir ki, Türkiyə klubu Bundesliqa təmsilçisindən 24 yaşlı hücumçunun keçidi üçün rəsmi təklif aldığını bəyan edib:

"Futbolçumuz Aleksandr Sörlot üçün "Leipzig"dən təklif almışıq. Rəhbərlik klubumuzun mənfəətlərini nəzərə alaraq, bu təklifi dəyərləndirir".

Məlumata görə, "öküzlər" "bordo-mavilər"ə 20+4 milyon avro təklif göndərib. "Trabzonspor"un bu məbləği bir qədər artırıb, Sörlotu satacağı gözlənilir.

Norveçli futbolçu ötən mövsüm 22 qolla Türkiyə Super Liqasının bombardiri olub.


Etiketlər:  Rəhbərlik klubumuzun mənfəətlərini nəzərə alaraq təklifi dəyərləndirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ