Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2019 19:28
Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunları davam edir.
Qol.az xəbər verir ki, bu gün Azərbaycan boksçusu Alfonso Dominges final qarşılaşmasına çıxıb.
81 kq mübarizə aparan təmsilçimiz qızıl medal uğrunda Bencamin Vittakerlə (Böyük Britaniya) üz-üzə gəlib. Rəqibinə 3:2 hesabı ilə qalib gələn boksçumuz ölkəmizə qızıl medal qazandırıb.
18:55. 81 kq, final
Alfonso Dominqes – Bencamin Vittaker (Böyük Britaniya) - 3:2
Qeyd edək ki, milliləşdirilmiş boksçu finala qədər Stefan Xrekul (Ukrayna), Mixail Dauhaliavets (Belarus), Ziad əl-Mohor (Belçika) və Simeone Fiorini (İtaliya) məğlub edib.