Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO)

Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO)

Tarix: 14 Sentyabr 2020 14:51

Bakı. Trend:

Gənclər Fondu, UNICEF Azərbaycan və Azərbaycan Könüllü Təşkilatları İttifaqı "Gələcəyimizi qoruyaq" aksiyasına start verib.

Fonddan Trend-ə verilən məlumata görə, Bakı şəhəri də daxil olmaqla, respublikanın 33 şəhər və rayonunda keçirilən aksiyada uşaqları fiziki və mənəvi cəhətdən qorumaq, onlara diqqət və qayğı göstərmək məqsədilə, könüllülər uşaqlara COVID-19 pandemiyasından qorunmaq üsullarını əyləncəli şəkildə təsvir edən kitabçalar paylayır, xüsusən son dövrlərdə şəxsi gigiyenanın, sosial məsafə və maska istifadəsi kimi qaydalara əməl etməyin onların sağlamlığı üçün nə qədər vacib olduğunu izah edirlər.

Daha öncə də vətəndaşların maarifləndirilməsi üçün müxtəlif genişmiqyaslı layihələr həyata keçirən Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ölkəmizdə könüllülük hərəkatının daha geniş vüsət alması və səmərəliliyinin gücləndirilməsi məqsədilə 20 avqust 2020-ci il tarixində təsis edilmişdir.

İttifaqın missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafı üçün münbit şəraitin yaradılmasına dəstək vermək, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə yaxın olan könüllülüyün Azərbaycanda gündəlik həyat normasına çevrilməsinə nail olmaqdır.

Daha geniş məlumat İttifaqın sosial media hesablarından əldə edilə bilər.

Facebook: https://www.facebook.com/akti.aze/

İnstagram: https://www.instagram.com/akti.aze/

Twitter: https://twitter.com/akti_aze

Telegram: t.me/aktiaze

Youtube: https://www.youtube.com/channel/UCAVvpOAO2D5Hsg3_bKWORFQ

Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image Bu dəfə uşaqlar üçün könüllü oldular (FOTO) - Gallery Image


Etiketlər:  dəfə uşaqlar üçün könüllü oldular FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ