Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 17:12
Yaxşı və gözəl oyun oldu. Daha böyük fərqlə qələbə qazana bilərdik. Etdiyimiz transferlərin nə qədər yerində olduğunu bütün Türkiyə gördü. Bu əzmlə, bu istəklə yolumuza davam edəcəyik.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak Türkiyə Superliqasının 1-ci turunda "Qaziantep"ə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
O, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç haqda da qısa danışıb: "Çərşənbə günü Bakıda gedəcəyik. Oradan da yaxşı nəticə ilə Türkiyəyə qayıdacağımızı arzulayır və gözləyirəm".
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.