Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2019 13:44
Bakıda təşkil edilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası davam edir.
Trend-in məlumatına görə, bu gün FİDE prezidenti Arkadiy Dvorkoviçin rəhbərliyi altında Prezident Şurasının üzvləri, eləcə də qonaqlar növbəti dəfə müzakirələrə qoşulub. İclasda FİDE-nin və AŞF-nin vitse-prezidenti Mahir Məmmədov, ali şahmat təşkilatının qitələr üzrə rəhbərləri və rəsmiləri iştirak edir.
40-a yaxın məsələnin müzakirə olunduğu iclas axşam saatlarında yekunlaşacaq və mətbuata yekun qərarlar barədə məlumat veriləcək.
Qeyd edək ki, bu gün FİDE Prezident Şurasının iclasına Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının prezidenti Seymur Talıbov da qonaq qismində qatılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin