Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ərdəbil dəmiryolunun Azərbaycan dəmiryoluna birləşdirilməsi planlaşdırılır'' - Səfir

''Ərdəbil dəmiryolunun Azərbaycan dəmiryoluna birləşdirilməsi planlaşdırılır'' - Səfir

Tarix: 15 Sentyabr 2020 14:16

İran Astarasında dəmiryolu terminalının inşa olunması iki ölkənin sərhəd layihələrindən biridir. Əlbəttə, bu istiqamətdə işlər sürətləndirilməlidir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi deyib.

O bildirib ki, səfir olaraq Azərbaycana səfər etməzdən öncə İranın Azərbaycanla sərhədindəki 4 vilayətlə yaxından tanış olub: "İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Parsabad rayonu ilə Azərbaycanın İmişli rayonu arasında birgə sənaye parkının yaradılması planı var. Bu plan yekun memorandumun tənzimlənərək imzlanması üçün iki ölkənin texniki komitələri tərəfindən araşdırılır. Bundan başqa, Astaraçay üzərində avtomobil körpüsünün inşa olunması, Ərdəbil dəmiryolunun Azərbaycan dəmiryoluna birləşdirilməsi də iki ölkənin gündəmində olan layihələrdəndir. Ümid edirəm ki, tezliklə bununla əlaqədar irəliləyişin şahidi olacağıq".


Etiketlər:  Ərdəbil dəmiryolunun Azərbaycan dəmiryoluna birləşdirilməsi planlaşdırılır Səfir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ