Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyl qərarını dəyişdi

Beyl qərarını dəyişdi

Tarix: 15 Sentyabr 2020 20:26

"Real"ın futbolçusu Qaret Beyl Madrid klubundakı taleyi ilə bağlı fikrini dəyişib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu La Liqa təmsilçisində ayrılmaq qərarına gəlib. Bildirilib ki, uelsli oyunçu daha çox oyuna çıxmaq istəyir.  Beyl "kral klubu"nda ona yetəri qədər şans verilmədiyini düşünür. 

Bildirilir ki, futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlanır.

Qeyd edək ki, Q.Beyl "Real"a 2013-cü ildə "Tottenhem"dən keçib. O, geridə qalan mövsüm La Liqada 16 matça çıxaraq 2 qol vurub və eyni sayda qolun ötürməsini verib. Uels millisinin üzvünün Madrid təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayı başa çatır.


Etiketlər:  Beyl qərarını dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ