Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milli Parkda qanunsuz balıq ovlayanlar saxlanılıb (FOTO)

Milli Parkda qanunsuz balıq ovlayanlar saxlanılıb (FOTO)

Tarix: 16 Sentyabr 2020 11:21

Bakı. Samir Əli - Trend:

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.

Keçirilən tədbir zamanı Lənkəran rayonu Liman şəhəri istiqamətində Qızılağac Milli Parkının kiçik su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan Liman şəhər sakini R.Zərbiyev saxlanılıb. Qurduğu torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxsdən ov zamanı istifadə etdiyi mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduğu balıqlar aşkar olunaraq götürülüb. R.Zərbiyevin təbiətə 1056 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır

Milli Parkda qanunsuz balıq ovlayanlar saxlanılıb (FOTO) - Gallery Image Milli Parkda qanunsuz balıq ovlayanlar saxlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Milli Parkda qanunsuz balıq ovlayanlar saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ