Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlikdən Bakıda məktəbdə huşunu itirərək yıxılan şəxs barədə AÇIQLAMA

Nazirlikdən Bakıda məktəbdə huşunu itirərək yıxılan şəxs barədə AÇIQLAMA

Tarix: 16 Sentyabr 2020 18:12

Bakı. Trend:

Ötən gün Bakının Sahil qəsəbəsi 253 nömrəli məktəbdə “Məktəbinin dostu” layihəsində çalışan xanım özünü narahat hiss edib və huşunu itirərək yıxılıb.

Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Mətbuat katibi Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və xanım şəhər klinik xəstəxanasına çatdırılıb: "İlkin yardım göstərilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir".


Etiketlər:  Nazirlikdən Bakıda məktəbdə huşunu itirərək yıxılan şəxs barədə AÇIQLAMA


RƏYLƏR