Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray'' tarix yaza bilər - ''Neftçi'' ilə oyunda

''Qalatasaray'' tarix yaza bilər - ''Neftçi'' ilə oyunda

Tarix: 17 Sentyabr 2020 12:48

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Qalatasaray" klubu Türkiyə futbol tarixinə düşə bilər.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunun üçün İstanbul təmsilçisi bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq matçda qələbə qazanmalıdır.

Belə olarsa, "cim-bom" avrokuboklarda 100-cü qalibiyyətini əldə edəcək. "Sarı-qırmızılılar"ın indiyə qədər Avropa arenasında 99 qələbəsi, 75 heç-heçəsi, 111 məğlubiyyəti var. Fatih Terimin kollektivi "Neftçi"ni üstələyərsə, avrokuboklarda 100-cü qələbəsini qazanan ilk Türkiyə təmsilçisi olacaq.

Qeyd edək ki, "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.


Etiketlər:  Qalatasaray tarix yaza bilər Neftçi ilə oyunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ