Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÇL-də mövsümün ən yaxşısı adına namizədlər

ÇL-də mövsümün ən yaxşısı adına namizədlər

Tarix: 17 Sentyabr 2020 19:38

Çempionlar Liqasının 2019/20 mövsümündə mövqelərə görə ən yaxşı oyunçu adlarına namizədlər açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər aşağıdakılardır:

Qapıçılar: Keylor Navas (PSJ), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”, Madrid)

Müdafiəçilər: David Alaba, Alfonso Devis, Josua Kimmix (hamısı “Bavariya”)

Yarımmüdafiəçilər: Kevin de Brüyne (“Mançesteer Siti”), Tomas Müller, Tiaqo Alkantara (hər ikisi “Bavariya”)

Hücumçular: Robert Levandovski (“Bavariya”), Kilian Mbappe, Neymar (hər ikisi PSJ)

Qaliblərin adları Çempionlar Liqasının 2020/21-ci illər mövsümünün qrup mərhələsinin oktyabrın 1-də keçiriləcək püşkatma mərasimində açıqlanacaq.

Qeyd edək ki, geridə qalan mövsüm turnirin qalibi “Bavariya” olub.

 


Etiketlər:  ÇL mövsümün ən yaxşısı adına namizədlər


RƏYLƏR