Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 21:16
"TikTok" mobil proqramı üzərində hüquqlara sahib Çinin "ByteDance" şirkəti ABŞ-da öz biznesini "Microsoft" korporasiyasına satmaqdan imtina edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, eyni zamanda öz mənbələrinə istinadən Blumberq agentliyi məlumat verib ki, sözügedən biznesə ikinci iddiaçı olan "Oracle" şirkəti son günlərdə satınalma ilə əlaqədar danışıqları sürətləndirib.
Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" qısamüddətli videolar hazırlamaq və izləmək üçün mobil proqramdır. 2018-ci ildə istifadəyə verilmiş proqram Çində qısamüddətli video seqmentində lider olub və dünyada populyarlaşıb.