Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana ''Stadler'' şirkətinin daha 10 ədəd yataq tipli vaqonları gətirilib

Azərbaycana ''Stadler'' şirkətinin daha 10 ədəd yataq tipli vaqonları gətirilib

Tarix: 17 Sentyabr 2020 23:28

Azərbaycana Belarusdan "Stadler" şirkətinin daha 10 ədəd yataq tipli vaqonları gətirilib. Azərbaycan Dəmir Yolları QSC-nin fərdi sifarişinin ikinci partiyası "Stadler Minsk" QSC-də istehsal edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "BELTA"ya "Stadler Misnk" QSC-nin reklam və marketinq kommunikasiyaları bürosundan bildiriblər.

Məlumata əsasən, sifariş çərçivəsində ilk 10 vaqon "Stadler" şirkətinin İsveçrədəki müəssisəsində istehsal edilib və 2019-cu ildə Azərbaycana gətirilib. İsveçrədən Azərbaycana vaqonlar təxminən iki həftə ərzində gəlib.

Bildirilir ki, növbəti 10 yataq tipli vaqonların da Azərbaycana gətirilməsi təxminən iki həftə çəkib - vaqonlar Belarus və Rusiyadan keçərək ölkəyə gəlib: "10 ədəd yataq tipli vaqonun birlikdə uzunluğu 264 metr təşkil edir. İki həftəlik yol zamanı "Stadler" şirkətinin əməkdaşları yataq tipli vaqonlarda yüksək səviyyədə komfort və hərəkət rahatlığını özləri də hiss edə biliblər".

Qeyd edilir ki, yeni yataq tipli vaqonlar Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Qars (Türkiyə) - İstanbul (Türkiyə) marşrutu üzrə beynəlxalq əlaqə üçün nəzərdə tutulub.


Etiketlər:  Azərbaycana Stadler şirkətinin daha ədəd yataq tipli vaqonları gətirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ