Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 16:20
16:18
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı.
Sonxeber.net xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək mərasimdə yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşdi.
"Qarabağ" "Legiya" (Polşa) - "Drita" (Kosovo) cütünün qalibi ilə oynayacaq.
Oyun xaricdə keçiriləcək.
----------
14:57
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək mərasimdə yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Artıq Çempionlar Yolunda səpələnmişlər səbətində yer alan Ağdam klubunun rəqiblərinin sayı altıya enib.
"Qarabağ" aşağıdakı 3 cütlükdən birinə rəqib olacaq:
"Şerif" (Moldova) - "Dandalk" (İrlandiya) cütünün qalibi
"Legiya" (Polşa) - "Drita" (Kosovo) cütünün qalibi
"Klasksvik" (Farer adaları) - "Dinamo" (Tbilisi, Gürcüstan) cütünün qalibi
Qeyd edək ki, 3-cü təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.