Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2020 10:50
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan 2,04 milyon dollar məbləğində bostan bitkisi ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çoxdur.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, səkkiz ay ərzində bostan bitkilərinin ixracı 4,3 min ton təşkil edib:
"İstehsal olunan məhsulun 68,6 faizi Rusiya, 25,2 faizi Ukrayna, 5,4 faizi Gürcüstana ixrac edilib".
O bildirib ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 363,2 min ton bostan bitkisi istehsal edilib və bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur:
"Bu ilin ilk beş ayı ərzində Azərbaycanda 19,25 min hektar ərazidə bostan bitkisi əkilib".