Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2020 01:20
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında bir sıra aviareys ləğv edilib və ya təxirə salınıb.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, "Vnukovo" hava limanında 5 aviareys ləğv edilib, 3-ü isə təxirə salınıb.
Bildirilir ki, "Şeremetyevo" hava limanında 3 aviareys təxirə salınıb, "Dovomodedovo" hava limanında isə 14 aviareys ləğv edilib, 8 aviareys isə təxirə salınıb.
Aviareyslərinə ləğv edilməsinin və təxirə salınmasının səbəbi barədə məlumat verilmir.