Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fənərbağça"da yeni transfer

Tarix: 20 Sentyabr 2020 14:38

"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az matc-a istinadən xəbər verir ki, 

İstanbul klubu "Antalyaspor"un sağ cinah müdafiəçisi Nazim Sanqareni transfer edib.

Bu barədə "Fənərbağça"nin mətbuat xidməti məlumat yayıb. Xəbərdə 26 yaşlı futbolçunun özü və klubu ilə bütün məsələlərdə razılığa gəlindiyi diqqətə çatdırılıb. Sanqare qısa zamanda tibbi müayinədən keçəcək və İstanbul təmsilçisi ilə müqaviləyə imza atacaq.

Qeyd edək ki, Almaniyada anadan olan, lakin 2017-ci ildən formasını geyindiyi "Antalyaspor"dakı performansı ilə hətta Türkiyə millisinə də dəvət almağa başlayan futbolçunun transferi "Fənərbağça"yə 1 milyon 750 min avroya başa gəlib. İstanbul klubu hətta öz oyunçularından da birini "Antalyaspor"a verməlidir.

Milli.Az


Etiketlər:  Fənərbağçada yeni transfer


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ