Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əliyar Ağayev Avroliqanın oyununda

Əliyar Ağayev Avroliqanın oyununda

Tarix: 20 Sentyabr 2020 15:00

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev yeni mövsüm üçün UEFA-dan ilk təyinatını alıb.

Qol.az xəbər verir ki, 33 yaşlı beynəlxalq dərəcəli hakim Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Styaua” (Rumınya) – “Slovan” matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orkhan Məmmədov isə dördüncü hakim qismində yardımçı olacaq.

İsrailli Şmuel Şteyf hakim-inspektor, gürcüstanlı Bakar Jordaniya UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Rumınyanın Curcu şəhərindəki Marin Anastasoviçi adına stadionda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.
 


Etiketlər:  Əliyar Ağayev Avroliqanın oyununda


RƏYLƏR