Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürəyə maye toplanması- Səbəblər müxtəlifdir…

Ürəyə maye toplanması- Səbəblər müxtəlifdir…

Tarix: 20 Sentyabr 2020 21:21

Əhali arasında ürəyə su yığılması deyilən bir problem haqda çoxları eşidib. Bu, təkcə ürəyin problemi kimi deyil, həm də bir çox xəstəliklərin ağırlaşmaları zamanı ortyaya çıxan hal olaraq qəbul edilir.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, invaziv kardioloq Gülanə Ağayeva tibbi dildə perikardial effuziya (ürək ətrafı kisəyə maye toplanması) adlandırılan problem, onun səbəbləri və müalicəsi barədə yazıb:

Normalda ürəyin ətrafını çevrələyən perikard adlanan kisədə 50 ml-ə qədər maye olur ki, bu maye ürəyin kisə içərisində normal hərəkətini təmin edir.
Perikardial kisədə mayenin artması isə perikardial zarın özünün iltihabi ve ya orqanizmdə olan hər hansı bir xəstəliyin nəticəsi olaraq ortaya cıxır. Əlamətləri toplanan mayenin miqdarından ve toplanma sürətindən asılıdır. Perikardial kisəyə maye toplanması ürəyin özünün boşluqlarına təzyiq edərək ürəyin qanla dolumunu çətinləşdirir ve bu da xəstədə ciddi təngnəfəsliyə, boğulma şikayətlərinə ve xəstənin məcburi oturaq vəziyyət almasına səbəb olur.
Perikarda toplanan mayenin miqdarından ve xəstədə yaratdığı simptomatikadan asılı olaraq hər xəstə üçün individual müalicə üsulu seçilir.
Dərman müalicəsinə tabe olmayan, davamlı artan və ürək boşluqlarına təsir göstərən maye toplanması hallarında isə ürək kisəsi punksiya edilərək toplanmış maye boşaldılır və həmin mayedən analiz təhlili aparılaraq toplanma səbəbi araşdırılır.

Səbəblər müxtəlifdir:
Orqanizmdə olan hər hansı bir bədxassəli törəmə,
Vərəm,
Qalxanabənzər vəzin ciddidisfunksiyası,
İltihabi xəstəliklər,
Sistem xəstəlikləri və s.

Bir xəstəmizdə isə maye toplanmasına səbəb süd vəzi xərçəngi idi.
Çətin və riskli prosedur olan Perikardial punksiya ilə 1 litrə yaxın maye boşaldılaraq xəstənin şikayətlərinin tam keçməsinə nail olduq.
Xəstəni stabil vəziyyətdə evə yola saldıq.


Etiketlər:  Ürəyə maye toplanması Səbəblər müxtəlifdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ