Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2020 21:36
Dəridə daha ciddi allergik problemlər olduğu zaman dəri xüsusi qulluq tələb edir. Bu qulluq həkimin göstərişlərinə əsaslanaraq yerinə yetirilərsə, daha məqsədəuyğun sayılır. Bəzi hallar vardır ki, bu zaman dəriyə tibbi qulluq etmək tələb olunur. Bu hallar aşağıdakılardır:
- qızartı və səpgilər bədəndə böyük bir hissədə olduqda
- müalicəyə baxmayaraq dəridəki yaraların müalicəyə tabe olmadığı zamanlarda
- 1-2 həftədən çox sürən, sağalmaq bilməyən səpgilər
- getdikcə artan qızartılar
- səpgilərdə ağrı, şişkinlik və infeksiya əlamətləri olduqda.
Adətən belə vəziyyətlərdə həkimlər xəstəyə kortikosteroidlər təyin edir. Böyrəküstü vəzin hormonu sayılan kortikoid hormonundan hazırlanan kortikosteroid kremlər belə vəziyyətdə dəridəki patologiyaları aradan qaldırır. Bu cür kremlər dəri xəstəlikləri zamanı çox faydalı olur. Amma steroid olduğu üçün belə kremləri həkimin nəzarəti altında, yəni normasında istifadə etmək lazımdır. Kremi zəif bir miqdarda xəstə nahiyyəyə sürtmək lazımdır.
Allergik səpgiləri olan dəriyə kimyəvi kosmetik vasitələrdən istifadə etmək olmaz. Belə xəstələr duş qəbul etdikləri zaman istifadə etdiklri sabuna, şampuna diqqət yetirməlidir. Dərisi allergiyalı xəstələr mətbəxdə də istifadə etdiyi kimyəvi maddələrlə ehtiyatlı davranmalıdır. Ev şəraitində dəridə allergiyaya səbəb ola bilən vasitələr aşağıdakılardır:
- paroşoklar
- ağardıcılar
- vanna və şüşə təmizləyicilər
- yun paltarlar
- rezin məmulatları
- parfümeriyalar və spreylər
- müxtəlif bjüteriyalar
- günəş kremləri.
Bəzi dəri allergiyaları öz-özünə sağalıb gedir. Amma dodaqlar, dil, əl və ayaqlarda şişmə, üşütmə, titrətmə, öskürək, nəfəs darlığı ilə müşayət olunan allergik reaksiyalar həkimin müalicəsi olmadan sağalmır və getdikcə daha da ağırlaşmaya səbəb olur.