Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfeksionistdən: Maska kiçik yaşlı uşaqlara xeyirdən çox ziyan vura bilər...

İnfeksionistdən: Maska kiçik yaşlı uşaqlara xeyirdən çox ziyan vura bilər...

Tarix: 20 Sentyabr 2020 22:51

Pandemiya dövründə virusdan qorunmaq üçün bir çox hallarda uşaqlara, bəzən isə körpələrə də maska taxılır. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı 12 yaşdan kiçik uşaqların maska taxmasının vacib olmadığını bildirir. Buna baxmayaraq, ictimai yerlərdə daha az yaşlı uşaqlara da maska taxılması halları ilə tez-tez rastlaşmaq mümkündür. Hazırda orta məktəblərə və uşaq bağçalarına hazırlıqların başlandığı dövrdə kiçik yaşlı uşalara da maska taxılıb-taxılmaması ilə bağlı çoxsaylı suallar səslənir.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, infeksionist Vasif Əliyev bu barədə danışaraq bildirib ki, pandemiya dövründə kiçik yaşlı, eləcə də bağça yaşlı uşaqların maska taxmasının xeyrindən çox ziyanı olacaq: "Bunun ziyanı daha çox ola bilər".

Onun sözlərinə görə, maskaya əl vurulmaması tələb olunsa da, kiçik yaşlı uşaqlar bunu anlamadıqları üçün maska onların virusa yoluxmasına şərait yarada bilər. O, maskanı düzgün istifadə edəndə faydasının çox olduğunu bildirib.

Qeyd edək ki, ÜST və BMT-nin Uşaq Fondu-UNICEF-in tövsiyələrinə görə, pandemiya ilə əlaqədar 5 yaşdan kiçik uşaqlara maska taxılması tələb olunmamalıdır. Bu, uşağın təhlükəsizliyinə, ümumi maraqlara, eləcə də maskanı lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır.

ÜST və UNİCEF 6-11 yaşlarında olan uşaqlar üçün maska ilə bağlı bir neçə amili nəzərə almağı tövsiyə edir. Söhbət maskanı ​​etibarlı və düzgün istifadə etmək, virusun yayılması səviyyəsindən gedir. Bu təşkilatlar ​​12 yaşdan yuxarı uşaqların maskadan istifadəsini tövsiyə edir. Bu yanaşma, uşaqların təhlükəsizliyinə əsaslanır və onların inkişaf mərhələlərini fərqli yaşlarda keçdiyini qəbul edir.

Qeyd olunur ki, əgər 5 və daha kiçik yaşlı uşaqların maska geyinməyini tələb edilirsə, onda valideyn və ya tərbiyəçi uşağın maskadan təhlükəsiz istifadəsinə nəzarət etmək üçün uşağı birbaşa göz önündə saxlamalıdır.


Etiketlər:  İnfeksionistdən Maska kiçik yaşlı uşaqlara xeyirdən çox ziyan vura bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ