Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 20:00
Bakı. Samir Əli - Trend:
2019-cu ildə ölkədə 100 min 112 hektar pambıq sahəsi əkilib.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, ötən il pambıq istehsalı 295 min 279.0 ton olub. Ümumilikdə, məhsuldarlıq 29.5 sentner/hektar olub.
Məlumatda bildirilir ki, 2020-ci ildə pambığın əkin sahəsi 100 min 295 hektar olub ki, bu da ötən illə müqayisədə 0.18% çoxdur.
2020-ci ilin yanvar-avqust ayları üzrə 76.6 milyon ABŞ dolları dəyərində pambıq lifi, 11.3 milyon ABŞ dolları dəyərində isə pambıq ipliyi ixrac edilib.