Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslərin koronavirusa yoluxma riski 5 dəfə azdır

Bu şəxslərin koronavirusa yoluxma riski 5 dəfə azdır

Tarix: 21 Sentyabr 2020 23:21

Eynək taxmaq koronavirus infeksiyasına yoluxma riskini 5 dəfə azaldır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, belə bir qənaətə Çinin Nançan universitetinin alimləri gəlib. Mütəxəssislərin araşdırmalarına görə, eynək taxan insanlar digərləri ilə müqayisədə Covid-19-a daha az yoluxurlar. Bu isə həmin şəxslərin əllə gözlərinə toxunmaması, bununla da infeksiyaya selikli qişa vasitəsilə yoluxma riskinin azalması ilə əlaqəlidir.

Araşdırmalara görə, gözlərdə SARS-COV-2 virusunun orqanizmə daxil olmasına şərait yaradan ACE-2 reseptoru var. Bu səbəbdən koronavirusa yoluxanların təxminən 12%-nin gözləri şişir və qızarır.

Alimlər bu səbəbdən insanlara tez-tez əllərini yumaqla yanaşı, gözlərinin qorunmasına daha çox diqqət ayırmağı məsləhət görür.


Etiketlər:  şəxslərin koronavirusa yoluxma riski dəfə azdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ