Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN-in sabiq idarə rəisi məhkəməyə gətirildi

XİN-in sabiq idarə rəisi məhkəməyə gətirildi

Tarix: 22 Sentyabr 2020 15:50

Bu gün Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Faiq Bağırov Səbail rayon məhkəməsinə gətirilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılan F.Bağırov barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F. Bağırov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinir.


Etiketlər:  XİN sabiq idarə rəisi məhkəməyə gətirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ