Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” davam edir (FOTO)

“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” davam edir (FOTO)

Tarix: 23 Sentyabr 2020 12:12

Bakı. Trend:

Sentyabrın 22-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə koronavirus (COVİD-19) pandemiyası şəraitində və postpandemiya dövründə sahibkarların motivasiya edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və mövcud pandemiya dövründə sahibkarların qarşılaşdıqları çətinliklərin müzakirə edilməsi məqsədilə təşkil olunmuş “Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” öz işinə başlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, onlayn formatda keçirilən tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisin deputatı Erkin Qədirli, “Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin sədri Xaliq İldırımzadə çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafı və özəl sektora dövlət dəstəyi tədbirləri, xüsusilə pandemiya dövründə sahibkarlara göstərilən dəstək, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, pandemiyanın neqativ təsirləri ilə yanaşı, yaratdığı imkanlar barədə fikirlərini bölüşüblər.

Avrasya Ekonomik İlişkiler Dərnəyinin İdarə Heyətinin sədri Hikmet Eren (Türkiyə), BMT-nin İnkişaf Proqramının İnnovasiyalar üzrə tədqiqi rəhbəri Leyla Seyidzadə, “Tespack” şirkətinin həmtəsisçisi, “Forbes”in “30 under 30” siyahısına daxil edilmiş sahibkar Caritta Seppa (Finlandiya), Peşəkar kouç və biznes təlimçi, emosional intellekt üzrə mütəxəssis Elçin Əzimli (Azərbaycan), “Needlab” şirkətinin təsisçisi Sameera Chukapalli (İspaniya), Biznes təlimçi, təhsil eksperti və motivasiya üzrə mütəxəssis Anar Məmmədov (Azərbaycan) təqdimatlarla çıxış ediblər.

Onlayn forumun təşkilatçısı “SA Consulting”in rəhbəri Əfqan Səfərli və forumun tərəfdaşı “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova isə çıxışlarında tədbirin məqsədi, forum çərçivəsində müzakirə olunacaq mövzular və çıxışçılar barədə məlumat veriblər.

Sonra forum çərçivəsində “Böhranın gətirdiyi imkanlar və çətinliklər” mövzusunda panel müzakirələr aparılıb. Panel iclasda pandemiya dövründə satış, böhran və sosial sahibkarlıq, “COVID-19”un biznesə və şəxsi inkişafa təsiri barədə iş adamları tərəfindən təqdimatlar keçirilib, mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Onlayn forum sentyabrın 23-də “Beynəlxalq təcrübə və Azərbaycanda sahibkarlıq” mövzusunda panel iclasla öz işini davam etdirəcək. İclasda KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Azərbaycanda sahibkarlıq, “Recipes for Wellbeing” şirkətinin təsisçisi və təlimçi Greta Rossi (İtaliya), “Rearts” şirkətinin həmtəsisçisi, dizayn düşüncə tərzi üzrə tətqiqatçı Azeem Hamid (Pakistan), “Hypper” platformasının təsisçisi Pannavat Veeraburinon (Tailand), “Biryudumkitap” sosial biznes və “Folx” rəqəmsal agentliyinin təsisçisi, “Forbes”in “30 under 30” Türkiyə siyahısına düşən sahibkar Alparslan Demir (Türkiyə), sosial sahibkar İsmail Hilmi Adıgüzel (Türkiyə), “Eleven Kings” mobil futbol oyunu startapının təsisçisi Orxan Rzayev (Azərbaycan), “Digital Mahal” şirkətinin rəhbəri Mahal Əliyeva (Azərbaycan) böhranın gətirdiyi imkanlar və çətinliklər, sosial sahibkarlıq, pandemiya dövründə rəqəmsal marketinq, startapların yaradılması və digər mövzularda fikirlərini və beynəlxalq təcrübəni bölüşəcəklər.

KOBİA-nın dəstəyi ilə keçirilən “Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” “SA Consulting” MMC-nin təşkilatçılığı, “Odlar Yurdu” Gənclər İctimai Birliyi, “SAT Group”, Sosial Biznes Gənclər mərkəzi, “Networking.az” biznes klubu, “Majlis Business Network” və “Avrasya Ekonomik İlişkiler Derneği”nin tərəfdaşlığı ilə keçirilir.

“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” davam edir (FOTO) - Gallery Image “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” davam edir (FOTO) - Gallery Image


Etiketlər:  Sahibkarların beynəlxalq onlayn forumu Bakı 2020 davam edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ