Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 13:58
“Püşkatmanın nəticəsindən narazı deyiləm. Çempionlar Liqasında uduzmuşuq. Amma yolumuza Avropa Liqasında davam etmək istəyirik”.
Qol.az “The Sun.ie”a istinadən xəbər verir ki, bu sözləri İrlandiyanın “Dandolk” klubunun qapıçısı Qari Rojer Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Şerif”lə keçirəcəkləri matç haqqında danışarkən deyib.
39 yaşlı qolkiper “Qarabağ”a rəqib olmadıqları üçün sevindiyini vurğulayıb: “Şerif”lə oyunların çətin olacağını bilirik. Onlar da bizim kimi mərhələ adlamaq istəyir. Ancaq bu mərhələdə “Qarabağ” və ya başqa bir güclü komanda ilə də qarşılaşa bilərdik. Bunu nəzərə alsaq, “Şerif”lə oynamaq daha yaxşıdır. Rəqib cütün favoriti sayılır. Lakin matçın azarkeşsiz keçirilməsi bizim xeyrimizə olacaq”.
Qeyd edə ki, “Şerif” – “Dandalk” oyunu sentyabrın 24-də Tiraspolda keçiriləcək.