Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 10:20
Bakı. Trend:
Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.
İşsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb edilərək, onlar üçün Dünya Bankının dəstəyi ilə kiçik bizneslər yaradılacaq. 2020-2025-ci illəri əhatə edəcək layihə üzrə qeyd edilən kateqoriyalardan olan 22 min işsiz şəxsin, o cümlədən bu il 2 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur.
Layihə 2020-ci il ərzində ilkin olaraq 27 şəhər və rayonu (Bakı şəhəri Binəqədi, Xəzər, Yasamal, Nəsimi, Suraxanı, Xətai rayonları; Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri; Gəncə şəhəri Nizami rayonu; Şəmkir, Tovuz, Qəbələ, Şəki, Masallı, Lənkəran, Xaçmaz, Quba, Yevlax, Bərdə, Göyçay, İmişli, Salyan, Ağdam, Füzuli, İsmayıllı və Şamaxı rayonları) əhatə edəcək.
Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması ilə yanaşı, iştirakçıların müraciətləri əsasında digər istehsal və xidmət sahələri üzrə də aktivlər təklif edilə bilər:
1 |
Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi) |
15 |
Qadın gözəllik salonu |
2 |
PVC qapı və pəncərə hazırlanması |
16 |
Avtomobil şinlərinin təmiri |
3 |
Kişi bərbərxanası |
17 |
Avtoyuma |
4 |
Avtoyağlama |
18 |
Avtoçilingər |
5 |
Mebel (Kəsmə, Bant vurma, Oyma işləri) |
19 |
Dülgər |
6 |
Dəmirçi |
20 |
Dönərçi |
7 |
Avtotornaçı (tokar) |
21 |
Yem üyütmə xidməti (mini yem dəyirmanı) |
8 |
Parket və taxta döşəmə cilalanması |
22 |
Yun darama |
9 |
Avtoelektrik |
23 |
Naxış vurma |
10 |
Meyvə qurutma |
24 |
Təlim-tədris |
11 |
Fitnes (idman) |
25 |
Musiqiçi |
12 |
Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) |
26 |
Ayaqqabı təmiri və istehsalı |
13 |
Broyler inkubatoru |
27 |
İstixana |
14 |
Poliqrafiya xidmətləri |
28 |
Foto xidməti |
Layihəyə cəlb edilmək üçün www.e-sosial.az portalında “Məşğulluğa Dəstək Layihəsi” bölməsində qeydiyyatdan keçmək, https://forms.gle/bJ4uBBB8fNPFeYyc9 keçidlə müraciət formasını doldurmaq, yerli məşğulluq və ya DOST mərkəzlərinə müraciət etmək olar.
Əlavə məlumat almaq üçün: 142 - Çağrı mərkəzi.