Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2019 18:56
Bir müddət öncə infarkt keçirən "Portu"nun qapıçısı İker Kasilyas bu gün komandası ilə birlikdə yeni mövsümün hazırlıqlarına başlayıb.
Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən ispaniyalı qolkiperin tam olaraq məşqlərdə iştirak edib-etməyəcəyi hələ bilinmir. Hər şey həkimlərin qərarından asılı olacaq.
Qeyd edək ki, 2015-ci ilin yayından "Portu"da çıxış edən Kasilyas may ayının əvvəlində infarkt keçirmişdi. Onun klubu ilə 1 illik müqaviləsi var.